Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.