24 İyul 2020 10:45
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Teleqraf.com-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Məlumatda bildirilir ki, o hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur:

"Hemodinamik stabildir. Saturasiyası 90-98%-dir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər