9 Oktyabr 2014 21:34
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və Mədəniyyəti Mərkəzində “Ənənəvi Çin təbabəti” mövzusunda seminar keçirilib. Teleqraf.com-un ADU-nun ictimaiyyətlə əlaqələr departamentinə istinadən məlumatına görə, seminar yaşlı nəslə ehtiram günü kimi qeyd edilən “Çunyan” Çin milli bayramına həsr olunub.

Tədbirdə mərkəzin direktoru, dosent Rafiq Abbasov humanitar sahədə çoxşaxəli Azərbaycan-Çin əməkdaşlığından danışıb. O, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında razılaşma”nın imzalandığını xüsusi qeyd edib.
Universitetin tədris işləri üzrə prorektoru Vazeh Əsgərov Çin mədəniyyəti, o cümlədən Çin təbabəti və əczaçılığının zənginliyini, ADU-nun Çin dili və Mədəniyyəti Mərkəzində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələr ənənəvi Çin və Azərbaycan təbabətinin yaranması və inkişafı tarixi ilə bağlı ətraflı məlumat veriblər. Seminarda TİENS beynəlxalq Çin şirkətinin təqdimatı olub. Təqdimatda şirkətin Azərbaycan nümayəndəliyinin direktoru xanım Si İ və şirkətin meneceri Gülnar Hüseynova qədim Çin təbabəti reseptləri əsasında istehsal edilmiş təbii ekstraktlı yüksək texnologiyalı məhsullar - “Tyanşı” haqqında məlumat veriblər.

Azərbaycan Xalq Təbabəti Mərkəzinin nümayəndəsi Kəmalə Həsənova, “İnam" Çin tibb mərkəzinin direktoru, professor Etibar Kazımov müasir müalicəvi praktikada Çin tibb üsullarının istifadəsindən, təmsil etdikləri qurumların fəaliyyətindən danışıblar.

Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin və Azərbaycan dillərində nəşr edilən “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitab qonaqlara hədiyyə edilib.


Müəllif:

Oxşar xəbərlər