26 İyul 2020 09:09
796

Koronavirusdan qorunmaq üçün əsas silahımız maskadır. Həkimlər maska istifadəsi barəsində davamlı olaraq xəbərdarlıq etsələr də, insanların əksəriyyəti bu qaydalara riayət etmir.

Teleqraf.com maska istifadə etdiyiniz zaman diqqət etməli olduğunuz 5 vacib qaydanı təqdim edir.

1. Maskanı üzə düzgün şəkildə oturtmaq lazımdır.

Üzünüzdə maskanın olması nə sizi, nə də ətrafınızdakıları virusdan qorumur. Maska ​​taxdığınız zaman həqiqətən qorunmaq üçün burun və çənənizi tam örtməlisiniz.

2. Maskaya toxunmaq və ya onu çıxarıb sonra təkrar taxmaq olmaz.

Əgər maska taxaraq özünüzü qorumaq istəyirsinizə, maskanı çıxararaq danışmaq və ya başqa səthə toxunan əlinizlə maskaya toxunmaq olmaz. Belə olduqda koronavirusa yoluxmanız və onun yayılması üçün şərait yaradırsınız.

3. Maska taxmazdan əvvəl əlləri yumaq lazımdır.

Evdən çıxarkən maskanı taxmazdan əvvəl, çöldə maskanızı taxmazdan əvvəl əllərinizi su və sabunla yumalı və ya dezinfeksiyaedici məhlul ilə təmizləməlisiniz. Bunu etmək əliniz vasitəsilə virusun yayılmasının qarşısını alır.

4. Parça maskanı yuma vacibdir.

Mütəxəssislər parça maskaların yuyulmadan təkar istifadəsini eyni alt paltarının yuyulmadan istifadəsinə bənzədir. Üstəlik, ölümcül virus varsa, bunu etmək daha təhlükəlidir.

Maskanı paltaryuyan maşında yuyacaqsınızsa, mümkün qədər yüksək dərəcədə yumalısınız. Əgər əldə yuyacaqsınıza, Ümumdünya Səhiyyə Təşkilatı isti su, sabun və ya yuyucu vasitə ilə maskanı yuyunmağı tövsiyə edir. Maskanı birbaşa günəş işığında qurutmaq daha məqsədəuyğundur.

5. Birdəfəlik maskaları təkrar istifadə etmək olmaz.

Mütəxəssislər birdəfəlik maskalardan təkrar istifadənin təhlükəli ola biləcəyini xəbərdar edirlər. Çünki təkrar istifadə zamanı məsamələr genişlənir, maskanın rezinləri boşlır. Bu isə maskanın qoruyuculuğunu azaldır və üzünüzə tam oturmasının qarşısını alır.


Müəllif: Aysel Azad