26 İyul 2020 18:11
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda indiyədək ümumilikdə 30 050 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Bundan başqa, ölkədə ümumilikdə 683 548, son sutka ərzində isə 7 296 test aparılıb.


Müəllif: Teleqraf.com