Paytaxtda iki uşaq elektrik qatarın altına düşərək, həlak olublar. Teleqraf.com "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Elektrik qatarı cümə günü axşam saatlarında Kiyev istiqamətində olan "Matveyevskoe" platforma ərazisində 7 və 8 yaşlı iki oğlan uşağını vurub.
Hər iki uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hazırda müəyyənləşdirilir ki, necə uşaqlar dəmir yollarında tək qalıblar.