10 Oktyabr 2014 11:12
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı iş yerlərində əmək haqlarının və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə işəgötürənlər tərəfindən əməl olunmasına xüsusi diqqət yetirir.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlərin nəticəsi kimi, cari ilin yanvar-sentyabr aylarında ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 388 125 manatını əmək haqları, 19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Qeyd olunan istiqamətdə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları tədricən azalır. Belə ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz azalıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər