29 İyul 2020 17:27
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır.

Teleqraf.com-un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, mütəxəssislərin apardığı monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib:

“Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır”.

V.Əliyevin sözlərinə görə, meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər