"Koronavirusa qarşı peyvəndin gələn ilin ortalarına qədər geniş yayılması ehtimalı azdır".
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Araşdırma naziri Anya Karliçek deyib.
Alman nazir möcüzə gözləmədiklərin bildirib: “Sosial məsafə və maska taxmaq qaydalarına riayət edək ki, Almaniyanın pandemiya ilə mübarizədə son həftələrdəki qazancını riskə atmayaq. Peyvəndlərin geniş ictimaiyyət üçün ən tez gələn ilin ortalarında hazır olacağını düşünməyə davam edək.
Almaniyanın dəstəklədiyi hər üç peyvəndə ümid var, ancaq bu cür testlərdə hər zaman problem ola bilər”.