Məlumat Hesablama Mərkəzinin “157” Zəng Mərkəzi yeni platformaya keçirilib.
Teleqraf.com xəbər verir ki, artıq Zəng Mərkəzində “Elektron hökumət” portalı, "E-imza" sertifikatları ilə yanaşı, “AzDataCom”, rabitə və kommunal xidmət borcları, “MilliÖN”, “Qoldenpay” və “Easypay” vasitəsilə aparılan ödənişlər və s. ilə bağlı suallar da cavablandırılır. Mərkəz yeni proqram təminatı ilə təchiz olunub.
Sentyabr ayının yekunu üzrə aparılan təhlillərə əsasən Zəng Mərkəzinə gün ərzində təxminən 250-300 arası müraciətlər daxil olur.
Müraciətlərin sayı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması” məsələsi ilə əlaqədar olaraq xüsusən iyul-sentyabr ayları ərzində pik həddə çatıb, gün ərzində təxminən 500-600 arası zənglər cavablandırılıb.
Zəng Mərkəzinin operatorları dərhal müraciəti aidiyyəti şöbələrə yönləndirir və korreksiya əməliyyatları vaxtında icra edilir. Bəzən mərkəzə MHM-ə aid olmayan müraciətlər də daxil olur ki, həmin müraciətlər də aidiyyəti qurumlara yönləndirilir.
Eyni zamanda qeyd edək ki, vətəndaşlar sual və müraciətlərini “Facebook” səhifələrimizə, “Skype” ünvanımıza və e-poçt ünvanlarımıza da göndərirlər. Həmin müraciətlər dərhal araşdırılır, müvafiq tədbirlər görülür və vətəndaşlar bu barədə məlumatlandırılırlar.
İlhamə