10 Oktyabr 2014 12:11
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Şimal-Qərb Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsi və Növbətçi Hissəsinin şəxsi heyəti ilə “Fövqəladə hal rayonuna qüvvə və vasitələrin cəlb edilməsinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimdə DYMX Qəbələ rayon DYMH-nin, Qəbələ MR Xəstəxanası Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd Xüsusi Xilasetmə Hissəsi və Növbətçi Hissənin şəxsi heyətinin hazırlıq vəziyyətinə gətirilməsi, fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin daha da artırılması, ilkin tibbi yardımın göstərilməsi, zərərçəkənlərin ilkin həyat təminatının təşkili olunub.

Təlim, ssenariyə uyğun olaraq 3 mərhələdən ibarət olub. Birinci mərhələdə, şərti olaraq, saat 08:35-də Mərkəzin Növbətçi hissəsinə daxil olan məlumata görə saat 08:30 radələrində episentri Dağıstan Respublikası olmaqla 6.5 bal gücündə və Qəbələ şəhərində 6.5 bal gücündə qeydə alınmış zəlzələ nəticəsində Qəbələ şəhərindən Həmzəlli-Bum kəndləri istiqamətində yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışın nəticələrini aradan qaldırmaq üçün Mərkəzin Xüsusi xilasetmə hissəsinin , Növbətçi hissənin şəxsi heyəti cəlb olunub.

Aparılan kəşfiyyat nəticəsində məlum olub ki, 5 nəfər xəsarət alıb və ətrafa ciddi ziyan dəyib. Yanacaqdoldurma məntəqəsi ətrafında olan evlərdən insanlar müvəqqəti olaraq təhlükəsiz zonaya təxliyə olunub, xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib və partlayış zamanı ətrafa dəymiş ziyanın bərpası istiqamətində işlər davam etdirilib.

İkinci mərhələdə, şərti olaraq, saat 11:05-də Mərkəzinin Növbətçi hissəsinə daxil olan məlumata görə saat 11:00 radələrində episentri Dağıstan Respublikası olmaqla 6.5 bal gücündə baş verən və Qəbələ şəhərində 5.5 bal gücündə qeydə alınmış zəlzələ nəticəsində Qəbələ şəhəri, İsmayıl Bəy Qutqaşınlı küçəsində yerləşən 27 saylı binada dağıntı baş verilib. Yaralı və köməksiz vəziyyətdə qalanların olduğu bildirilir. Hadisənin nəticələrinin aradan qaldırmaq üçün Mərkəzin Xüsusi xilasetmə hissəsinin, Növbətçi hissənin şəxsi heyəti cəlb olunub, aparılmış kəşfiyyat nəticəsində məlum olub ki, 3 nəfər yaralanıb, 2 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Əraziyə qeyd olunmuş sayda qəza-bərpa, axtarış-xilasetmə qüvvə və texnikası cəlb olunub, 5 yardım maşını göndərilib. Hadisə yerindən 82 nəfər təhlükəsiz zonaya köçürülmüş, dağıntılar altında qalmış köməksiz 7 nəfər çıxarılmış, qəza-bərpa və axtarış-xilasetmə işləri aparılıb, sıradan çıxmış elektrik dirəklərinin bərpası istiqamətində isə işlər davam etdirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra yüngül bədən xəsarətləri almış 14 nəfər evə buraxılıb, ağır bədən xəsarəti almış 9 nəfər isə xəstəxanalara yerləşdirilib.

Üçüncü mərhələdə, şərti olaraq, saat 15:05-də Mərkəzin Növbətçi hissəsinə daxil olan məlumata görə saat 15:00 radələrində Qəbələ-Ağdaş yolunun Çarxana kəndi istiqamətində hərəkət edən VAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Baş vermiş qəza nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisənin nəticələrini aradan qaldırmaq üçün Mərkəzin Xüsusi xilasetmə hissəsinin, Növbətçi hissənin şəxsi heyəti cəlb olunub, sürücü avtomobildən çıxarılaraq ilkin tibbi yardım göstərilmiş və Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Sonda taktiki-xüsusi təlimin ümumi təhlili keçirilib, təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

İlhamə


Müəllif: