Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ailəsində baş vermiş ağır itkiyə görə başsağlığı verən hər kəsə təşəkkürünü bildirib.
Bununla bağlı Qüdrət Həsənquliyevin BAXCP-nin mətbuat xidmətinə verdiyi açıqlamada deyilir: “Allah Sizlərdən razı olsun, ölənlərinizə rəhmət eləsin, xalqımızı, xüsusilə də gənclərimizi hər cür bəladan hifz etsin, tezliklə insanlığı sınağa çəkmiş bu epidemiyaya qarşı mübarizə vasitələri tapmaqda elm adamlarına kömək olsun”.