31 İyul 2020 13:02
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı cənginə almış COVİD-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Mənşəyi tibb elminə məlum olmayan virusa qarşı heç bir peyvəndin olmaması məsələnin çətin tərəflərindəndir. Yeganə çıxış yolunu mütəxəssislər sosial izolyasiyadagörürlər.

Teleqraf.com-a açıqlamasında bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə tətbiq olunan karantin rejmi birinci məhələdə müsbət nəticə versə də sonradan yumşaldılma prosesi yenidən yoluxma sayının kəskin artmasına gətirib çıxarıb: "Növbəti dəfə karantin rejminin sərtləşdirilməsi qaçılmaz oldu və artıq iki həftədir müsbət dinamika əldə olunmaqdadır. Belə ki, sağalanların sayı yoluxma sayını xeyli üstələməkdədir".

Deputat qeyd edib ki, tibb elmi bu virus qarşısında hələ də acizdir:

“Səhiyyəsi yüksək səviyyədə inkişaf etmiş ölkələrə diqqət yetirək. Bu ölkələr virusdan nə qədər əziyyət çəkdilər. Deməli, virusla mübarizədə tibbin inkişaf dərəcəsi heç də mühüm rol oynamadı. Əsas məsələ virusla mübarizə tədbirləri çərçivəsində dövlətin düzgün yanaşmasıdır. Biz bunu dövlətimizin timsalında görə bilirik. Ümumdünya Səhiyyə Təşkilatı, beynəlxalq mətbuat Azərbaycanın koronavirusla mübarizə tədbirlərinin yüksək səviyyədə olmasını dəfələrlə qeyd ediblər. Bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bu istiqamətdə gördüyü işlərin nəticəsdir”.

Millət vəkili vurğulayıb ki, ölkə prezidentinin rayonlara son səfərlərinə diqqət yetirdikdə dediklərimizin əyani şahidi oluruq.

Cavid Osmanov Qəbələ və Şəki şəhərlərində növbəti modul tipli xəstəxanaların istifadəyə verilməsi və ən müasir tibbi avadanlıqlarla təchiz olunmasını bu istiqamətdə işlərin təzühürü kimi dəyərləndirib: “Cənab prezident regionlara səfəri zamanı çıxışlarında da dövlətimizin koronavirusla mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi işlər haqqında geniş məlumat verdi. Xarici ölkələrdən tibbi avadanlıq və ləvazimatların gətirilməsi, eləcə də həkimlərin ölkəmizə dəvət olunması virusla mübarizədə müsbət dinamikaya nail olmağın əsas tərəflərindədindir”.

Deputat söyləyib ki, sərt karantin rejmi davamlı ola bilməz, dövlətimiz də istəyir ki, karantin müddəti tez başa çatsın və həyat öz əvvəlki axarına qayıtsın.

Onun sözlərinə görə, bunun üçün biz vətəndaşların da üzərinə böyük məsuliyyət düşür: “Hər bir kəs tibbi maskadan və gigiyenik vasitələrdən itifadə etməli, məsafə saxlamalıdır. Biz bu qaydalara əməl etsək, yoluxma sayı artmayacaq, əks halda vəziyyət yenidən pisə doğru dəyişə bilər. Çünki virusun peyvəndi yoxdur və peyvənd tapılana kimi biz bu vəziyyətlə barışmalı olacağıq. Bir yandan da mütəxəssislər virusun mutasiya edərək daha da gücləndiyini bildirirlər.

Diqqət etsək bu deyilənlərin doğru olduğunu gündəlik təcrübəmizdən də görə bilərik. Əgər ilkin mərhələdə virus yaşlı və xroniki xəstəliyi olan insanlarda rast gəlinirdisə, artıq bu tendensiya dəyişib. Bir sözlə biz ilk növbədə öz sağlamlığımızı düşünməliyik, necə ki, dövlətimiz də, cənab prezidentimiz İlham Əliyev də insanlarımızın sağlamlığının hər şeydən üstün olduğunu və həyata keçirilən bütün tədbirlərin məhz buna hədəfləndiyini qeyd edir”.

Cavid Osmanov bildirib ki, Azərbaycan dövlətinin gücü, yarana biləcək risklərin öncədən nəzərə alınması iqitisadiyyatımızda qeydə alınan geriləmələrin böyük fəsadlar verməsinin qarşısını alır: “İnsanlarımızın sosial rifahında mənfiyə doğru heç bir dəyişiklik yoxdur, əksinə əlavə olaraq yüz minlərlə insan dövlət tərindən maddi dəstəklə əhatə olunub, eyni zamanda ölkədə heç bir sosial layihə təxirə salınmayıb və salınmayacaq.

Cənab prezidentin bölgələrə səfərləri zamanı sosial infrastruktur layihələrinin açılışının qeyd olunması bütün bunları sübut etmiş olur. Cənab prezidentin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi tədbirlər biz vətəndaşlarda əminlik yaradır ki, bu bəladan az itkilərlə çıxaraq normal həyat tərzimizə qayıdacağıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər