Son ayda dünyada 660 minə yaxın insan koronavirus nəticəsində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bunu ÜST missiyasının üzvü David Novillo Ortiz onlayn mətbuat konfransında deyib:
"İnsanlar karantin tədbirlərindən yorulurlar. Amma xəstəlik hələ yox olmayıb. Biz qaydalara əməl etmədikdə, yoluxma artır. Bu, bizim statistikamıza təsir edir. Yoluxan şəxslər təcrid olunub təmaslar aşkarlanmalıdır.
Vəziyyəti yenidən sərt karantin tədbirlərinin görülməsi səviyyəsinə çatdırmaq lazım deyil".