Hazırda poliklinikalar Səhiyyə Nazirliyinin tabeliyindədir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:
"Xəstə kliniki olaraq sağalmalıdır. Yəni simptomları olmamalıdır, bizim üçün əsas budur. Asimptomatik xəstələr 14 gün ərzində evdə izolyasiya olunurlar".
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov əlavə edib ki, xəstədən test alınır, əgər onun səhhətində heç bir problem yoxdursa, poliklinika ona arayış verməlidir: "İkinci dəfə testə ehtiyac yoxdur".