31 İyul 2020 16:02
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəyə gələn missiya bir çox rakursdan qiymətləndirmə apardı. Hesabatımızda detallı olaraq bunlar hökumətə təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:

"Azərbaycanda təkmilləşdirilən E-TƏBİB və E-Səhhət proqramlarının ölkə ərazisində və səhiyyə sistemində istifadə olunması təqdirəlayiqdir. Bu, çox böyük uğurdur. Qiymətləndirmələrimiz arasında bu uğurlu sistemi necə təkmilləşdirə biləcəyimiz üzrə qeydlər aparılır. Bu məsələ ilə bağlı hökumətlə texniki əlaqələr qurulacaq.

Eyni zamanda, qısa müddət ərzində xəstəxana sayı, reanimasiyalar, laboratoriyalar sürətlə artırıldı. Bu gün 30-dan artıq laboratoriya var. Bütün bunlar çox yaxşıdır, lakin "necə daha yaxşı ola bilər" sualı ətrafında iş aparılır. Hər aparılan iş daha yaxşı ola bilər. Bu istiqamətdə də texniki dəstək göstərməyə çalışırıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər