31 İyul 2020 16:04
3 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərin açılması ÜST-ün missiyası ilə müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.

"Vətəndaşlarımız və ölkəmiz üçün hansı qərar doğrudursa, qəbul olunacaq. Bu haqda ictimaiyyətə məlumat veriləcək", - deyə Yaqut Qarayeva bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, missiya çərçivəsində aparılan görüşlərdə müşahidələr müzakirə olunub: "Bakıdan rayonlara axın zamanı bölgələrdə yoluxmaların artması müşahidə olunur. Hər belə hal Operativ Qərargahın qəbul etdiyi qərarlara təsir göstərir.

Buna görə də alınan qərarlar statistikaya əsaslanır. Biz də yoluxmaların azalmasını istəyirik. Bu qərarları qəbul edən insanlar da çölə çıxmaq, təmiz hava almaq istəyirlər. Qaydalara riayət edək ki, qış fəslində normal həyata qayıdaq".


Müəllif: Aysel Azad