Söhbət açılıbsa, tam hesabatımı yazım. Mart-avqust aylarında (maaş+bayram payları+məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3,3 min alınır. Maaşdan başqa gəlirim yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, daha sonra xərcləri barədə məlumat verib. Qeyd edib ki, bu vəsaitin 4 min manatı çeşidli xeyriyyə işlərinə sərf olunub: “Bunların heç biri hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb. 2400 manat anamın evində təmir işlərinə xərclənib. Maşınımı bir neçə dəfə təmirə aparmalı oldum – onu 13 ildir sürürəm, istər-istəməz ora-burasını düzəltmək lazım gəlir. Bu iş üçün 1500 manat xərcim çıxıb.
1000 manat saytın qurulmasına verdim – hələ açmamışam. Başqa xərclərə kommunal, benzin, çeşidli xəbər və analitik saytlara abunə haqları, ərzaq alınması və sair daxildir. Bu statusun yazıldığı anda maaş kartımda 9860 manat 59 qəpik var”.
Erkin Qədirli qeyd edib ki, hesabat dövründə heç bir əmlak əldə etməyib: “Yalnız doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.