1 Avqust 2020 14:42
3 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya qaydalarına riayət edilməsi şərti ilə müəyyən yumşalmaların olması vacibdir. Eyni zamanda bu qaydaları ciddi şəkildə gözləməklə və COVID-19 testindən keçməklə insanların rayonlara, çimərliklərə buraxılması təmin edilməlidir.

Bu fikirləriTə Teleqraf.com-a tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib.

Yazgül Abdiyeva qeyd edib ki, yoluxma sayı nə qədər çox olsa, virusun virulentliyi azalmış olur: “Yəni əvvəllər ölüm hadisələri daha çox olurdusa, bu, tədricən azalmağa doğru gedəcək. Çox güman ki, ölkəmizdə daha çox insan bu virusa yoluxacaq”.

Yazgül Abdıyeva bildirib ki, ABŞ-da, Avropa ölkələrində, Çində, Rusiyada vaksinlə bağlı hazırlıqlar gedir. Onun sözlərinə görə, ümumi kliniki nəticə əldə etmək üçün minimum 6 ay vaxt lazımdır.

Doktor “MERS” və “Sars” virusu kimi COVID-19-un da zamanla yox olacağını və itəcəyi söyləyib: “Bir müddət sonra bu virusun virulentliyi tamam azalacaq. Çünki hazırda elə adam var ki, virusu simptomsuz keçirir”.


Müəllif: Tapdıq Qurbanlı