Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır və müsbət göstəricilər müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Əldə etdiyimiz bu nəticələr 21 iyun tarixində sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması və vətəndaşlarımızın məsuliyyətinin göstəricisidir. Lakin bu, bizi rahatlatmamalıdır. Dünya təcrübəsi də göstərir ki, virus hələ də bizimlədir və ehtiyatlı davranmalıyıq. Ölkəmizdə müşahidə olunan dinamikanın saxlanılması üçün birgə səylərimizin davam etdirilməsi vacibdir", - deyə o bildirib.