3 Avqust 2020 17:22
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 avqust tarixindən ölkənin bəzi şəhər və rayonlarında sərt karantin rejiminin aradan götürülməsi ilə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, müəyyən olunmuş gigiyena qaydaları əsasında vətəndaşlar imtahanlar üçün müraciət edə bilərlər.

Prezidentin köməkçisi əlavə edib ki, vaksinin tətbiqi ilə bağlı məsələ müzakirə olunur:

"Bu məsələ gündəmdə saxlanılır. Xarici ekspertlərlə bu məsələ ilə bağlı əlaqə saxlanılır, təcrübə öyrənilir. Vaksinlərlə əlaqədar çox sayda araşdırma aparan ölkə var. Lakin özünü təsdiq edən vaksinin istifadəyə verilməsi diqqət mərkəzindədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər