3 Avqust 2020 18:09
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir çimərliyin maksimum tutum sayı müəyyən edilib və saytda bu barədə məlumat qeyd olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Çimərliklərə getməzdən əvvəl vətəndaşlar hara gedəcəklərini planlayıb və daha az insanın olduğu məkanlara üz tutsunlar. Həyati təhlükəsi mövcud olan çimərlik ərazilərində qadağalar barədə məlumatlar qeyd olunub və bu barədə hər zaman məlumatlar mövcud olub.

Çimərliklər sahil zolağında, bir-birinin yaxınlığında yerləşir. Vətəndaş çimərlikdə yer tapmadığı halda, yaxınlıqdakı digər çimərliyə gedə bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər