Peyvəndin alınması mövzusunda dünya müstəvisində müzakirələr aparılır. Koronavirusla mübarizədə qlobal həmrəyliyin göstərilməsi vacib məqamlardan biridir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Elə məhz ölkə başçımız da bu səbəblə BMT-nin xüsusi sessiyanın çağırılması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan vaksinin alınması üçün xarici dövlətlərlə işgüzar müzakirələr aparır. Araşdırmalar və elmi tədqiqatlar nəticəsində hansı ölkədən vaksinin alınması məsələsi müəyyən olunacaq. Lakin bunu demək üçün tezdir. Mütəxəssislər tərəfindən bu məsələ diqqətlə öyrənilir və araşdırılır".
Yaqut Qarayeva əlavə edib ki, ölkəmizdə olan ÜST-ün missiyası ilə peyvəndin istifadəyə verilməsi müzakirə olunub:
"Bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. TƏBİB-in Elmi Şurasına da təlimat verilib ki, bu məsələ araşdırılsın və ciddi nəzarətdə saxlanılsın".