Bakı və Sumqayıtdakı çimərliklərdə eyni zamanda 100 minə yaxın vətəndaşın istifadəsi üçün şərait var.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Düşünmürük ki, burada növbəlilik, sıxlıq müşahidə olunsun. Çimərliklər hər zaman bu qədər insanı qəbul edib".
O əlavə edib ki, rayon və şəhərlərə gediş-gəlişlə bağlı şəxslər olduğu yeri ezamiyyə sənədi vasitəsilə tərk edə bilərlər. Bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yaxın zamanda ətraflı məlumat veriləcək.