3 Avqust 2020 18:27
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi tərəfindən vergi ödəyicilərinin pandemiyadan bilavasitə zərərçəkən olduqları müəyyən edilib. Kinoteatr da bu sahələrdəndir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İqtisadi yardımların göstərilməsi üçün ikinci mərhələ başlayır. Burada dövlətin əsas məqsədi işçilərin ixtisara salınmamasıdır".

O qeyd edib ki, karantin rejiminin qaydalarına əsasən, insanların sıx toplaşdığı sahələrin fəaliyyəti bərpa edilmir:

"Lakin bu yumşalmalar bizi rahatlaşdırmamalıdır. Məsələn, 14 iyun orduya dəstək aksiyası baş tutdu. Bu, çox qürurverici hal idi. Lakin biz burada insanların sıx toplaşmasının şahidi olduq. Bəlkə də o aksiya olmasaydı, biz daha müsbət halla qarşılaşa bilərdik. Eyni zamanda karantin rejimində yas mərasimləri təşkil olunur ki, ən çox yoluxma halları burada baş verir".


Müəllif: Aysel Azad