Koronavirusa yoluxmada risk qruplarımız bəllidir və pandemiyadan əvvəl bunu bildirmişdik.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu gün işi ilə bağlı olaraq risk qrupuna daxil olan tibb işçilərimizdir, onlar xəstələrlə birbaşa təmasdadırlar. Bu səbəblə də işi risk qrupunda olan sahələrin əməkdaşları arasında tez-tez testlər aparılır".