Məlum olduğu kimi, avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda çimərliklərə getmək mümkün olacaq.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çimərlik ərazilərindən istifadə qaydaları ilə bağlı videoçarx hazırlayıb.
Videoçarxda çimərliklərə getməzdən əvvəl “cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq tövsiyə olunub. Həmçinin çimərliklərdə sosial məsafə və təmizlik qaydalarına riayət etmək məsləhət görülüb.