4 Avqust 2020 14:09
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı epidemioloji təhlükəsiz ölkələr baxımından “yaşıl siyahıya” daxil etmək qərarına gəlib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

İndi Azərbaycan vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya giriş icazəsi verilir.

İyunun 1-dən etibarən Monteneqro hökuməti xüsusi giriş meyarları tətbiq edir. Bu qaydalara görə, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər