FHN-in Gəncə Regional Mərkəzi Gəncə şəhər 7 saylı tam orta məktəbində “Məktəblərdə payız aylarında təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsi ərazidə yaşayan əhalinin təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə xəbərdar edilməsi, həmçinin, payız mövsümü ilə əlaqədar baş verə biləcək sel və daşqınlar, torpaq sürüşməsi, zəlzələ kimi təbii fəlakətlərin profilaktikası məqsədini daşıyıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, sel və daşqınların baş verdiyi bölgələrdə yaşayan insanlar hər zaman yaşadığı ərazinin xüsusiyyətlərinə öncədən hazırlıqlı olmalıdır. Sel və daşqınların əsas səbəbləri davamlı leysan yağışları, drenaj kanallarının tıxanması, dağlıq bölgələrdə isə qar əriməsi və ya yağışla birləşən qar sularıdır.
Sonra “Daşqın təhlükəsi” və Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında video-çarxlar nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilib.
İlhamə