5 Avqust 2020 16:29
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdəki tibbi personalın sayı koronavirusla xəstələrin müalicəsi üçün əslində yetərlidir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, COVİD-19 xəstəliyinin gedişatına xas olan, xüsusilə reanimatoloji yardımların göstərilməsi üçün müəyyən təcrübəyə ehtiyac var:

“Təbii ki, biz bu istiqamətdə çalışırıq. “Yeni klinika” və 5 modul tipli xəstəxanada 1500-ə qədər çarpayı fondu var. Bu xəstəxanaların özlərinin tibbi personalı yox idi. Biz TƏBİB tabeliyindəki tibb müəssisələrinin personalı üçün təlimlər keçərək onları həmin xəstəxanalarda işləmək üçün hazırladıq. Proses bu şəkildə də davam etdiriləcək".


Müəllif: Teleqraf.com