10 Oktyabr 2014 16:19
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə bu gün Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilərək istiqamətlər üzrə vəzifələr müzakirə olunub.

Silahlı Qüvvələrdə görülən işlər və onların təhlili barədə geniş məruzə ilə çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən qarşıda duran məsələlərin yerinə yetirilməsi üzrə müvafiq göstərişlər verib.


Müəllif:

Oxşar xəbərlər