8 Avqust 2020 11:16
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

ÜST-ün məlumatına görə, son 24 saat ərzində dünyada 278 291 nəfər yeni növ koronavirusa yoluxub, 6815 nəfər isə vəfat edib.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur, dünyasını dəyişənlərin sayı da azalır. Bu isə həkimlərimizin əməyi sayəsindədir. Xəstə sayı artdıqca verilən xidmətin keyfiyyəti də aşağı düşə bilər", - deyə bildirib.

O qeyd edib ki, yoluxma sayı azaldığı üçün mərhələli şəkildə yumşalmalara gedilir:

"Bizi qınayırlar ki, insanları qorxuduruq. Lakin payız fəslində bütün dünyada virusun daha çox yayılması gözləniləndir.

Qapalı yerlərdə qaydalara riayət etməliyik. Bunun məsuliyyəti bizim və sahibkarların üzərinə düşür. Eyni zamanda açıq havada da özümüzü qorumalıyıq. Çalışaq ki, sıxlıq olmayan ərazilərdə olaq. Nəzərə alaq ki, hər birimiz karantin rejimindən yorulmuşuq. Bir yerə toplaşmaq nəticəsində ailədaxili yoluxmaların şahidi olmuşuq. Bu səbəbdən mərhələli şəkildə yumşalmalara gedək və qaydalara riayət edək. Əks halda gözümüzü yummaqla problem həll olmayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər