8 Avqust 2020 11:23
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə rəhbərliyi biznes fəaliyyətinin bərpa olunması istiqamətində işlər görür.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Pandemiya bitməyib və nə zaman bitəcəyi məlum deyil. Bu səbəblə qaydalara riayət etməliyik. Vətəndaşların qapalı məkanlara maskasız daxil olmasının qarşısı alınmalıdır. Qaydalara daha tez əməl edən biznes subyektləri fəaliyyətinin səmərəliliyini artırmış olacaq".

O qeyd edib ki, qaydalara riayət edilmədikdə əldə olunan nəticələr itəcək və yenidən sərt qaydalara üz tutulacaq:

"Bu, hər birimizin sosial və mənəvi borcudur. Dövlət tərəfindən nəzarət tədbirləri də tətbiq olunacaq. Cərimələr vasitəsilə cəzalandırma mexanizmləri üzərində iş aparılır.

Eyni zamanda rəqamsal texnologiyalarla xidmət sahəsində müsbət dinamika müşahidə edirik. Hökümət də rəqəmsallaşma sahəsində sahibkarlara dəstək göstərəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər