Həkimlərin əməyinin qiymətləndirilməsi üçün bütün ölkələrdə təbliğat işləri aparılır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Biz hər zaman həkimlərimizin əməyini qiymətləndiririk. Pandemiya dövrü, virusla müharibə bitdiyi zaman həkimlərin əməyinin qiymətləndirilməsi üçün işlər aparılacaq. Lakin təklif edirəm ki, onların əməyinin qiymətləndirilməsinə vətəndaşlarımız da qoşulsun. Məsələn, sosial media istifadəçiləri onlar üçün sosial çarxlar hazırlaya, təbliğat işləri apara bilərlər".