Həkimlərin əməyinin qiymətləndirilməsi üçün təkcə maddi yox, mənəvi dəstəyin önəmi çox böyükdür.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, hər bir həkimin haqqı var ki, məzuniyyət götürsün:
"Pandemiya dövrü ilə bağlı hətta işləməyən həkimlər belə işə cəlb olunub. Lakin onların da istirahətə getməsi nəzərdə tutulur və həyata keçirilə bilər".