Bu gün heç bir ölkə ilə sərhədlərimiz açıq deyil. Yalnız qonşu ölkələrlə çarter reysləri təşkil olunur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, avqtusun 31-nə qədər ölkə sərhədləri bağlı olacaq.
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, xəstələrin müalicəsi üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur:
"Hazırda Çin və İtaliyadan ölkəmizə mütəxəssislər dəvət olunub. Daha çox xəstəliklə təmasda olan ölkələrdən mütəxəssislərin dəvətinə üstünlük veririk. Qarşıdakı dövrlərdə də müsbət nəticə əldə edən ölkələrdən mütəxəssislərin gətirilməsi gözlənilir. Həkimlərin gətirilməsi zamanı çox ciddi proseslər aparılır.
Ölkəmizə gətirilən mütəxəssislər ən çox xəstə qəbul edən xəstəxanalarda çalışıblar, onların hər biri fərqli ixtisaslarda çalışanlardır. Bütün bunlar əvvəlcədən planlaşdırılır".