8 Avqust 12:06
478

Bütün ölkələrin təcrübəsinə nəzər yetirdikdə virusun yayılmasına ən çox təsir edən amillərdən biri ictimai nəqliyyatdır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Məhz bu səbəbdən bir çox ölkələrdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Elə bizdə də bu səbəblə metronun açılması müzakirə olunmur. Lakin avtobuslarda sıxlığın tənzimlənməsi vətəndaşlarımızdan da asılıdır", - deyə Prezidentin köməkçisi bildirib.

Şahmar Mövsümov əlavə edib ki, işlə bağlı rayonlararası gediş-gəliş üçün hər bir iş qurum əməkdaşına ezamiyyə vərəqi verməlidir: "Bu gün bütün dövlət qurumlarında bu tələb olunur. Məhz bu səbəblə bu vərəq verilməlidir".


Müəllif: Aysel Azad