8 Avqust 2020 12:19
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxub həyatını itirən hər bir tibb işçisinin xatirəsi bizim üçün əzizdir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Onların arasında məhz pandemiya xəstəxanalarında çalışıb dünyasını dəyişən həkimlərin sayı azdır. Daha çox digər xəstəxanalarda, təcili yardım xidmətində çalışan tibb işçilərinin arasında virusa yoluxma halları üstünlük təşkil edir.

Həkimlər xəstələrlə çox təmasda olduqları üçün onların virus yükü çox olur. Məhz bu səbəblə tibb işçilərimiz xəstəliyi daha ağır keçirirlər. Bu günə qədər hər bir tibb işçisinin müalicəsi həm TƏBİB, həm də dövlət tərəfindən nəzarətdə saxlanılıb", - deyə o bildirib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər