8 Avqust 12:30
216

İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virus daha çox yayılır. Bu səbəblə məscidlərin açılması müzakirə olunmur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bu il xüsusi ildir. Nəzərə alın ki, həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil".

O qeyd edib ki, 2020-ci il qeyri adi və tarixi ildir:

"Mən hər kəsdən xahiş edirəm ki, virusun yoluxma sürətinin azalması üçün əlimizdən gələni edək. Qaydalar pozulduğu zaman dövlətə də bu barədə bildirin. Mənim problemin qarşısını alıb, öhdəsindən gələcəyimizə şübhəm yoxdur. Əsas məsələ nə qədər itki verməyimizdir. Burada hər birinizi səfərbər olmağa çağırıram".


Müəllif: Aysel Azad