9 Avqust 2020 18:25
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qapalı məkanlarda qoruyucu maska taxmaq məcburi olmalıdır. Artıq biz ənənəvi davranışlarımıza bir qədər diqqət edib maska taxmağa öyrəşməliyik. Çünki bu proses bir müddət belə davam edəcək. Ona görə də ən yaxşı qorunma üsulu qoruyucu maskadan istifadə etməkdir.

Bu fikirləri Teleqraf.com-a açqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov bildirib.

Həkim qeyd edib ki, statistikaya görə, əgər bir nəfər xəstədirsə, digəri xəstə deyilsə və ara məsafəsi bir metrdən azdırsa, yoluxma riski 90 faizdir: “Əgər xəstə adam danışırsa, qarşısındakı adam qoruyucu maska ilə onu dinləyirsə, bu dəfə yoluxma riski 30 faiz olur. Xəstə adam maska taxıbsa, sağlam adam maskasızdırsa, onun yoluxdurma imkanı 5 faizdir. Eyni zamanda xəstə və sağlam adam da maska taxıbsa ara məsafəsi yenə bir metrdən azdırsa, bu zaman yoluxma əmsalı 1,5 faiz civarında olur”.

Rasim Bayramov onu da əlavə edib ki, ünsiyyət zamanı bir metrdən qısa məsafədə dayanılmamalıdır: “Ən yaxın insanlarınızla belə məsafə saxlamanız mütləqdir. Əgər belə hal olarsa mütləq ki, qoruyucu maskadan istifadə edilməlidir”.

Dosentin sözlərinə görə, virus yayılmağa başladığı ilk andan hər kəs qoruyucu maskadan istifadə etsəydi, yoluxma faizi bu qədər böyük olmazdı: “Çünki maskanın xəstə ilə sağlam arasındakı virusu lokallaşdırma faizi çox böyükdür”.

ATU-nun dosenti qoruyucu maskadan istifadə edilərkən ağız və burnunun əhatə olunmasının mütləq olduğunu da söyləyib: “Son zamanlar müşahidələr göstərir ki, bəzi insanlar maskanı ancaq ağız hissəsinə taxır. Ağız hissəsinə taxılan qoruyucu maskanın heç bir əhəmiyyəti yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər