10 Oktyabr 2014 19:56
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi” ilə bağlı tədbir keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu elm müəssisəsinin təşkilatçılığı, UNESCO, Beynəlxalq Geologiya Elmləri Birliyi və Kanadanın Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun maliyyə dəstəyi ilə keçiriləcək tədbir çərçivəsində çöl ekskursiyaları da təşkil olunacaq.


Müəllif: