10 Avqust 2020 15:52
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Bu barədə Teleqraf.com quruma istinadən xəbər verir.

Məlumata görə, bu ilin I yarımillində ASCO gəmilərindən 60,19 m³ plastmas, 360 m³ qida qalığı, 322,55 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 58,185 m³ istismar tullantısı, 4,71 m³ elektron tullantı, 77 m³ şlam, neft qalığı, 2 701 m³ döşəməaltı lyal sular, 47 848,65 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Eyni dövrdə ASCO-nun sahil obyektləri üzrə 74,4 m³ çən dibində formalaşmış neftli şlam, 7,119 ton yanmış qəlib qumu, 615,23 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 44 413 ton məişət çirkab suyu, 667 ton neftli döşəməaltı lyal su, 92,707 ton sürtgü yağı, 3 184,902 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 575,39 m³ qida qalığı, 207,79 m³ polimer əsaslı və plastmas tullantı, 81,01 m³ yağlı və neftli tullantı, 42,3 m³ müxtəlif rezin tullantı, 10 ədəd akkumulyator və halvanik element, 387,45 m³ istismar tullantı, 14,5 m³ elektron tullantı, 7,55 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 33,99 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

Yanvar-iyul aylarında ümumilikdə 1 139,658 ton silinmiş qara metal, 2,19 ton əlvan metal isə təkrar emala göndərilib.


Müəllif: Teleqraf.com