Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.
Mərkəzdən Teleqraf.com-a bildirilib ki, avqustun 13-də keçiriləcək imtahanlarda 19 min 197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18 min 102 nəfər olmaqla, ümumilikdə 37 min 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.
Bunlardan 14 min 232 nəfər II ixtisas qrupu, 22 min 607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.