11 Avqust 2020 23:24
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi avqustun 11-də məcburi köçkün rayonların məktəblərində təhsil alan şagirdlər üçün növbəti onlayn təlim təşkil edib.

Bu barədə Teleqraf.com-a məlumat verən təşkilatın sədri Gülsarə Həsənova bildirib ki, “Microsoft Teams” proqramı üzərindən keçirilən onlayn təlim “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisi Xalid Çəndirli tərəfindən aparılıb: ““Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilən təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunub. Bu gün layihə çərçivəsində keçirilən sayça 4-cü tədbirdir. Bundan əvvəl keçirilən 3 onlayn təlimdə 49 müəllim, 33 şagird iştirak edib. Bugünkü təlimdə Bərdə rayonunda məcburi köçkünlər üçün inşa edilən qəsəbədə fəaliyyət göstərən Ağdam rayonu 11, 12, 95 saylı, Laçın rayonu 24 saylı və Kəlbəcər rayon 92 saylı tam orta məktəblərdə təhsil alan 40 şagird iştirak edib. Ötən tədris ilində respublikamızda pandemiya səbəbindən məcburiyyət qarşısında dayandırılan tədrisin “Virtual məktəb” vasitəsi ilə davam etdirilməsi həm müəllimlər, həm də şagirdlər üçün uğurlu addım idi. Qısa zamanda 1 milyondan artıq istifadəçi “Virtual məktəb”də qeydiyyatdan keçərək tədrisin dayanmasına yol vermədilər. Amma proqram ilk dəfə tətbiq olunduğundan istifadə zamanı müyyən çətinliklərlə qarşılaşırdıq. Onlayn dərs prosesi zamanı şagirdlərin çoxu ağıllı telefondan istifadə etdiyindən bəzi şagirdlər proqramdan istifadədə çətinlik çəkirdi. Bu gün keçirilən təlim zamanı da “Microsoft Teams” proqramından istifadədə əvvəlki zamanlarda qarşılaşdığınız bir çox problemlərin həllini öyrənəcəyinizə inanıram”.

Daha sonra “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisi Xalid Çəndirli iştirakçılara “Microsoft Teams” proqramı ilə bağlı məlumat verib. “Microsoft Teams” proqramı üzərindən keçirilən təlim zamanı iştirakçılara "virtual məktəb"də qeydiyyat, “Microsoft Teams” proqramından istifadə, onlayn test tapşırıqlarının icra edilməsi, onlayn sinif iclaslarında iştirakla bağlı məlumat verilib. Həmçinin, iştirakçılara portalda keyfiyyətli görüntülü, audio dərslərdə iştirak prosedurları praktiki olaraq göstərilib.

Eyni zamanda iştirakçılar “Microsoft Teams” proqramı üzərindən praktiki tapşırıqları icra ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com