30 İyul 2020 08:13
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi yeni layihənin icrasına başlayıb. “Pandemiya dövründə imkansız ailələrə birdəfəlik yardımın göstərilməsi” layihəsi 3 ay müddətində icra ediləcək.

Təşkilat sədri Sevil Allahverdiyevanın sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir: “Layihənin məqsədi yeni növ koronavirusdan zərər çəkən 40 imkansız ailəyə ərzaq yardımı göstərilməsi ilə COVİD-19 pandemiyasının yaratdığı problemlərin qarşısının alınması istiqamətində görülən işlərə ictimai dəstək verməkdir.

Belə ki pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyadan daha az itkilərlə çıxmağımıza imkan verir. İlk növbədə ölkənin ətraf ölkələrlə sərhədlərinin bağlanması, yük avtomobilləri istisna olunmaqla ölkəyə giriş-çıxışın dayandırılması, xaricdən ölkəyə gələnlərin karantinə alınması istiqamətində addımlar səmərə verib. Həmçinin, ölkənin səhiyyə sistemi gücləndirilib, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edilib, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılıb. Amma COVİD-19 pandemiyasının zərərlərinin azaldılması istiqamətdə görülən işlərə vətəndaş cəmiyyəti institutlarının da dəstək verməsinə ehtiyac var. Qadın Problemlərinin Tədqiqatları Mərkəzi də bu istiqamətdə görülən işlərə dəstək üçün pandemiyadan zərər çəkən 40 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərilməsini nəzərdə tutur. Təşkilata edilən müraciətlər əsasında artıq birdəfəlik ərzaq yardımı göstəriləcək şəxslərin siyahısının hazırlanmasına başlanılıb".

S.Allahverdiyevanın sözlərinə görə, siyahı Şura ilə razılaşdırıldıqdan sonra həmin ailələrə ərzaq alınması üçün kupon veriləcək: "Dəstək göstəriləcək ailələr onlara təqdim olunan kuponla tövsiyə olunan marketlərdən ehtiyacları olan ərzaqları ala biləcək. Təşkilat ərzaq yardımı ailələrə çatanadək prosesləri nəzarətdə saxlamağa çalışacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər