Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvəllərinin zabiti, mayor Anar Novruzovun heykəli hazırlanıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Masallı rayonunun Qasımlı kəndindən olan gənc və istedadlı heykəltəraşlar - Akşin və Müstəqil Balayev qardaşları şəhidin heykəlini hazır ediblər.
Xatırladaq ki, Akşin və Müstəqil Balayev qardaşları Qasımlı kəndindən olan heykəltəraş İlqar Balayevin övladlarıdır.
Akşin və Müstəqil qardaşları öz bacarıq və istedadlarını ortaya qoyaraq şəhidimiz Anar Novruzovun heykəl portretini yaradıblar.
Qeyd edək ki, Anar Novruzov 1976-cı ildə Masallı rayonun Ərkivan qəsəbəsində anadan olub.
Bir oğul və bir qız atası idi.
Azərbaycan Silahlı Qüvvələrinin mayor vəzifəsində xidmət aparırdı. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənlə sona qədər vuruşaraq qəhrəmancasına həlak olub.
İyulun 14-də Anar Novruzov Ərkivan qəsəbəsində dəfn olunub.