11 Oktyabr 2014 12:43
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

1,3 milyardlıq auditoriyası əsasən məktəbli və tələbələr hesabına başlayan "Facebook” sosial şəbəkəsi artıq yeniyetmələrin diqqətini özünə cəlb etmir.

Teleqraf.com xəbər verir ki, qeyd olunan müddət ərzində 13-19 yaş arası gənclər arasında sosial şəbəkədən istifadə 72 faizdən 45 faizədək azalıb.

Bir sözlə, “Facebook”dan istifadə edirsiniz?” sualına, respondentlərin yarıdan azı müsbət cavab verib. Ən məşhur sosial şəbəkəni yeniyetmələrin tərk etməsi onların valideynlərinin qeydiyyatdan keçmədiyi “Instagram” (76 faiz) və ya “Twitter” (59 faiz) kimi daha dəbli servislərin artması ilə izah olunur.

Araşdırmanın nəticələrindən o da aydın olub ki, texnoloji şirkətlər arasında uşaqlar daha çox “Apple” məhsullarını qiymətləndirirlər, lakin onların yalnız 16 faizi bu şirkətin “ağıllı” saatlarında maraqlı olduğunu bildirib.

Bundan başqa, əksər sorğu iştirakçıları vurğulayıb ki, 2019-cu ilədək filmlərə "Netflix” onlayn kinoteatrında tamaşa edəcək.

İlhamə


Müəllif:

Oxşar xəbərlər