İspaniyanın məşhur tətil adası Mallorca riskli bölgə elan edilib.
Teleqraf.com xəbər verir ki, qərarı Almaniyanın Robert Koch İnstitutu açıqlayıb.
İspaniyanın Mallorca adası almanların ən çox istirahət etdiyi yerlərdən biridir. İnistitut qərarını ölkədə virusa yeni yoluxma hallarının artması ilə izah edib.
İnstitut qərarın Səhiyyə Nazirliyi, Xarici və Daxili İşlər Nazirliklərinin birgə təhlilinə əsaslandığını açıqlayıb.
Xarici İşlər Nazirli Mallorcaya tətil edənlərin bu bölgədəki rezervasiyalarını pulsuz olaraq ləğv edə biləcəyini açıqlayıb.
Nazirlik, eyni zamanda paytaxt Madrid, Barselona və Kosta sahilləri də daxil olmaqla, İspaniyanın 5 bölgəsini riskli elan edib.