Hazırkı göstəricilərə görə həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti həftə sonları bərpa oluna bilər".