17 Avqust 2020 10:07
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda paytaxtda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib.

O bildirib ki, qeyd olunan yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

“Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edirik.

Ziya Bünyadov prospekti hər iki istiqamət, Moskva prospekti mərkəz istiqaməti, H.Əliyev prospekti kənar yol, Babək prospekti H.Əliyev prospekti istiqaməti, Binəqədi şossesi mərkəz istiqaməti, Y. Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində sıxlıq müşahidə olunur”.


Müəllif: Yeganə Oqtayqızı